Yunis Hüseynov: "Bəyəndiyim iki futbolçu var ki, onlarla danışıqlar gedir"

22.08.2020 | 6572 dəfə oxunub

"Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynov  Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda danışıb və ona verilən suallara da cavab verib.

Stadium.Az xəbər verir ki, 55 yaşlı mütəxəssis bildirib ki, bu, çox vacib oyun idi: "Bu komandaya 5-6 gündür baş məşqçi təyin olunmuşam. İşlərimin çoxluğu səbəbindən jurnalistlərə cavab verə bilmədim. Ona görə üzr istəyirəm. Qələbə qazanaraq, Avropa Liqası matçına yüksək əhval ruhiyyədə çıxmaq istəyirdik. Futbolçularıma təşəkkür edir, rəqibə uğurlar arzulayıram. Düzgün oynayan komanda qalib gəlir, səhv edən komanda uduzacaqdı. Biz səhv etmədən qələbə qazandıq.

Mən son həftədə ancaq "Sumqayıt"ı təhlil etmişəm. Sırf məşq prosesini də buna uyğun etmişəm və Albaniya komandasını düşünməmişəm. Amma sabahdan "Laçi"ni təhlil etməyə başlayacağıq. Rəqibin güclü və zəif tərəflərinə uyğun məşq prosesi keçirəcəyik. Bizim də zəif tərəflərimiz var və bunun üzərində işləyəcəyik.

 
Yaxşı oyun olanda yaxşı nəticə də gəlir. Rəhbərlik də yaxşı oyun istəyib. Bunun üçün rəhbərlikdən transfer istəmişəm. Bəyəndiyim iki futbolçu var ki, onlarla danışıqlar gedir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail