"Qəbələ"də braziliyalı hücumçu

25.08.2020 | 5541 dəfə oxunub

"Qəbələ" klubu Braziliyanın B Seriyasında çıxış edən "Parana" komandasının futbolçusu Rafael Alemaonun keçidini həll etmək üzrədir.

Stadium.Az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Klub rəsmisi 24 yaşlı hücumçu ilə danışıqların müsbət yekunlaşacağını bildirib: "Alemao öz klubu ilə məsələsini necə həll edir, onu bilmirəm. Hansısa problem çıxmasa, transferi gerçəkləşəcək. Ümid edirik ki, Premyer Liqanın II turuna qədər o, Azərbaycana gələcək".

Rafael Alemao "Parana"nin yetirməsidir və karyerası ərzində yalnız bu klubun formasını geyinib. "Qəbələ" daha əvvəl "Vitoriya"nın hücumçusu Eronildo dos Santos Roşanı icarə əsasında heyətinə qatmaq istəsə də, qarşı tərəf təklifi rədd edib.

"Qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının I turunda evdə "Zirə" ilə heç-heçə edib - 1:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail