Yunis Hüseynov: "Rəqibin hücum xətti güclüdür, amma zəif cəhətləri də var"

26.08.2020 | 5435 dəfə oxunub

"Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində  Albaniya "Laçi"si ilə oyunöncəsi keçirilən mətbuat konfransında qarşılaşma barədə danışıb. Stadium.Az xəbər verir ki, Hüseynov rəqibi təhlil etdiklərini bildirib

"Sabah bizi ağır oyun gözləyir. Matça ciddi hazırlaşmışıq. Çempionatda qazandığımız qələbə bizə müsbət təsir edib. İnanıram ki, sabah da yaxşı nəticə olacaq. Bu inamı bizə futbolçular verir. Avrokubok matçları fərqli olur. Rəqibin hücum xətti güclüdür. Hücumçuları 26 qolla ötən mövsüm bombardir olub. Amma zəif cəhətləri də var.

Bu gün daha bir məşqimiz olacaq. Bundan sonra heyəti dəqiqləşdirəcəyik.

Həyəcan yoxdur. O vaxt "Karvan"da Avropa Liqasında mərhələ keçən ilk məşqçi olmuşam. Məndən sonra "Xəzər Lənkəran" mərhələ adlamayıb".

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 1-ci turunun "Sumqayıt"la oyunundan sonra hücumçu Aleksandr Kristovaonun əvəzlənərkən əsəbiləşməsinə münasibət bildirib:

"Heç bir futbolçu mənim qərarıma əsəbiləşə bilməz. Bu, mümkün deyil. Hər bir futbolçu əvəzlənə bilər. Buna görə kiməsə cəza vermək fikrim yoxdur".

Avqustun 27-də "ASK Arena"da oynanılacaq "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail