Standart vəziyyətlərin "Mahir" ifaçısı

28.02.2012 | 4806 dəfə oxunub

"Qəbələ"nin kapitanı Mahir Şükürov Azərbaycan milli komandasının heyətindəki uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. Stadium.az xəbər verir ki, milli komandanın Dubayda təşkil olunmuş təlim-məşq toplanışında meydana çıxdığı hər iki oyunda – Sinqapur və Hindistanla qarşılaşmalarda fərqlənən Şükürov yığmada vurduğu qolların sayını 3-ə çatdırıb.

Maraqlıdır ki, milli komandanın heyətində 56 dəfə meydançaya çıxan Mahir keçirdiyi son 4 oyundan 3-də fərqlənib. "Qəbələ"nin kapitanı ilk qolu aktivinə AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstana (3:2) qarşı Bakıda keçirilən görüşdə yazmışdı və Azərbaycanın asiyalılar üzərində qələbəsində böyük pay sahibi olmuşdu.

Mahir Türkiyə ilə səfər matçında uğur qazana bilməsə də, 2012-ci ilin ilk rəsmi qarşılaşmasında – Sinqapurla oyunda (2:2) "qol orucu"nu pozub. Milli komandanın Hindistanı 3:0 hesabilə məğlub etdiyi matçda da Şükürov meydançanı "əliboş" tərk etməyib. Xatırladaq ki, Mahir Şükürov karyerası ərzində vurduğu hər 3 qol standart vəziyyətlərdən reallaşıb – 2 penalti (Qazaxıstan, Hindistan) və 1 cərimə zərbəsi (Sinqapur).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail