Foqts: "Yeganə problemimiz müdafiədir"

29.02.2012 | 5152 dəfə oxunub

“1996-cı ildə qazanılan Avropa çempionluğundan sonra növbəti uğuru vaxtı artıq yetişib. Həmişə Almaniya yığması əsas favoritlər sırasında olur. Bu dəfə də finalda İspaniya – Almaniya cütünün görürəm”. Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

O, 1996-cı ildə Avropa çempionu etdiyi Almaniya milli komandasının növbəti qitə birinciliyindəki şansını dəyərləndirib: “Bu görüşdə də bizimkilər qalib gəlsə çox sevinərəm. Almaniya yığması Hollandiya, Danimarka və Portuqaliya ilə eyni qrupda yer alıb. Ən vacib oyunumuz Portuqaliya ilə keçirəcəyimiz ilk matçdır. Almaniya millisi gənc, lakin çox təcrübəli futbolçulardan qurulub. “Real”, “Bavariya” kimi klublarda oyunçumuz var. Şəxsən mənim üçün Bastian Şvaynştayger dünyanın ən yaxşı oyunçularından biridir. Manuel Noyer də dünya səviyyəli qapıçıdır. Mən komanda haqda müsbət danışdığım üçün şadam və bununla fəxr edirəm. Yeganə problemimiz müdafiədir. Söhbət təkcə arxa xətt oyunçularından getmir. Çünki topu itirəndən sonra hücumçular da müdafiəyə kömək etməlidirlər”.
Portuqaliya yığması DÇ-2014-ün seçmə mərhələsində Foqtsun çalışdırdığı Azərbaycan millisinin rəqibidir.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail