"Neftçi" Konqo millisinin üzvünü transfer edib

11.09.2020 | 4010 dəfə oxunub

“Neftçi” hücumçu transferini rəsmiləşdirib. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Konqo milli komandasının üzvü Prins İbara ilə 1 illik müqavilə imzalanıb.

Belçikanın “Birşot” klubuna (2019-2020; 12 oyun) məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında “ağ-qaralar”da çıxış edəcək. O, 13 nömrəli formanı geyinəcək.

Prins İbara Konqonun ACNFF (2014), “Pelikan” (2015; 6 oyun, 6 qol), Tunisin “Bizerten” (2015-2017; 19 oyun, 8 qol), Qətərin “Əl-Vakra” (2017-2018; 9 oyun, 1 qol) və Əlcəzairin “USM Əlcəzair” (2018-2019, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.

“Neftçi” yay fasiləsində Cabir Əmirli, Fəhmin Muradbəyli (icarədən qayıdıb), Yusuf Laval, Sabir Buqrin, Rener Alves De Souza və Talisson Diazı da heyətinə cəlb edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail