Aftandil Hacıyev: "Səbail" yaşayarsa..."

20.09.2020 | 4575 dəfə oxunub

“İlk yarıda baxımlı və sürətli oyun oldu. Matçın çox hissəsi maraqlı təsir bağışladı. İlk yarıda buraxdığımız səhvlər nəticədə öz sözünü dedi. Rəqib haqqında isə yalnız xoş sözlər deyə bilərəm. Hər bir komandaya çətinlik törədən klubdur".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, kifayət qədər qol epidozu yaxalayıblar. A.Hacıyev komandanı hələ tam komplektləşdirmədiklərini və bəzi futbolçuların hələ hazır olmadıqlarını əlavə edib. O, gənc futbolçuların gələcəkdə daha yaxşı formaya düşəcəklərinə inam ifadə edib.

3 oyundan 3 məğlubiyyət almalarına da toxunan çalışdırıcı hələ çempionat öncəsi çətinliklə üzləşəcəklərini bildiklərini söyləyib:

"Əlbəttə, bizi nəticə razı salmaya bilər. Amma hansı komanda ilə yola çıxdığımızın fərqində idik. "Səbail" yaşayarsa, gənclərlə təcrübəlilərin vəhdətindən komanda quracağıq. Hazırda komanda üçün təhlükə yoxdur. Amma çox yüksək səviyyəli komandalarımızın dağıldığını nəzərə alaraq, bunu deyirəm".

A.Hacıyevin sözlərinə görə, Hendrik Ekşteyn komandadan ayrılmasından peşman olduğunu bildirib. O, gələn həftə ərzində afrikalı legionerlər bağlı qəti qərarın veriləcəyini əlavə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail