Yunis Hüseynov məğlubiyyətə görə hakimləri günahlandırdı

27.09.2020 | 608 dəfə oxunub

"Bu günkü matçda qələbə qazanmaq istəyirdik, amma alınmadı. Rəqibi təbrik edirəm. Hesabda irəli çıxdıq, amma sanki qol vurandan sonra futbolçularda nəsə çatmırdı və arxaya oturdular. İlk 3 matçda qol buraxmamışdıq, müdafiə xətti bu gün zəif çıxış etdi. Heç nədən qapımızda qollar gördük. Qarşıda oyunlarımız var. Bu o demək deyil ki, hər şey qurtardı. Çalışıb hər şeyi düzəltməli və işləməliyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 4-cü turunda evdə "Zirə"yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, hər oyundan əvvəl rəqibi analiz edirlər: "Rəqib cinahdan qollar qol vurdu. Bunu kim fikirləşə bilərdi. Futbolda hər şey olur. Müdafiəçilər zəif oynadı ki, onlar da başla qollar vurdu. Zəif oynadıq ki, məğlub olduq. Tərcübəli futbolçumuz isə penaltiyə səbəb oldu".

Baş məşqçi futbolçuların hər oyuna final kimi baxdığını sözlərinə söyləyib: "Heç vaxt narazı olmamışam. Həddindən artıq aqressiya olanda futbolçu yana bilərlər. Bəlkə də çox istəkli olduqları üçün zəif çıxış etdilər. Bu gün ümumiyyətlə oyundan razı qalmadım. Oyunun gedişatı məni qane etmədi".

Hüseynov hakimlərin iki epizodda səhv qərar verdiyini vurğulayıb: "Düşünürəm ki, penaltimiz verilmədi, top rəqibin əlinə dəymişdi. Yan xətt hakimi rəqibin əks hücumu zamanı zədələnən oyunçunu meydana buraxdı. Hakimlik normal idi, hamıda səhvlər olur. Bizim komanda əks hücumda yaxalandı, yan xətt hakimi futbolçunu cinahdan oyuna atdı. Mənə elə gəlir ki, belə şeylər olmamalıdır. Komanda olaraq qarşıdakı matçlarda dəyişiklik etməyə çalışmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.10.2020

12:37  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.10.2020

11:56  "Milan" - "Roma" - 3:3 VİDEO

26.10.2020

25.10.2020

15:14  “Zirə” - “Qarabağ” - HEYƏTLƏR

13:19  “Sabah” – “Sumqayıt” - HEYƏTLƏR

11:18  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:27  "Cenoa" - "İnter" - 0:2 VİDEO

00:22  "Venlo" - "Ayaks" - 0:13 VİDEO

24.10.2020

23.10.2020

11:45  "Tottenhem" - LASK - 3:0 VİDEO

11:40  "Seltik" - "Milan" - 1:3 VİDEO

11:38  "Lester" - "Zarya" - 3:0 VİDEO

11:36  "Lex" - "Benfika" - 2:4 VİDEO

11:33  "Bayer" - "Nitsa" - 6:2 VİDEO

11:28  "Rapid" - "Arsenal" - 1:2 VİDEO

22.10.2020

01:45  "Real" - "Şaxtyor" - 2:3 VİDEO

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail