Aftandil Hacıyev: "Bunu düşünüb Ekşteyni meydana buraxmamışıq"

27.09.2020 | 4168 dəfə oxunub

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda  “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib:
 
- Bilirdik ki, bu gün xal qazanmaq bizim üçün çox önəmlidir. Mübarizəli oyuna hazır idik. Vacib 3 xal qazandıq. Bu komandaya bir az vaxt lazımdır, gec qoşulanlar, zədədən yenicə qayıdanlar var. Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Həqiqətən, rəqibimiz daha iddialıdır. Hər tur çətin keçir, zəif rəqib yoxdur. "Qarabağ" və "Neftçi" bir az üstündür, qalanları eyni səviyyəli komandalardır. Getdikcə, daha yaxşı olacağıq, heyətin güclənməyə ehtiyacı var. Yaxşı oyun alındı. 4 turdur ki, meydanda sürətli oyun göstəririk. Rəqibi də təbrik edir, onlara uğurlar arzu edirəm.
 
- Hendrik Ekşteynin bu gün start heyətdə meydana çıxması gözlənilməz oldu...

- Ekşteynin getməsi peşəkarlıq baxımından düzgün deyil. Sadəcə, geri qayıdanda psixoloji problemləri olduğunu dedi. Futbolçu da insandır və Ekşteyni başa düşməyə çalışdım. Onu komandaya geri qaytarsaq da, cəzasız qalmayacaq. Çempionatımızın səviyyəsinin aşağı olduğunu deməzdim. Ekşteynin təcrübəsi var və ona güvənərək bu gün start heyətdə meydana buraxdıq. Bahadır Həziyev üçün əsas heyətdə başlamaq bir az çətin olardı. Çalışırıq ki, həm təcrübəli, həm də gənclərlə bir komanda yaradıb, mübarizə aparaq.
 
- Rəqib "Sabah" olmasaydı da, Ekşteyn əsas heyətdə olacaqdı?

- Hər zaman öz keçmiş komandana qarşı oynayanda daha istəkli olursan. Amma bunu düşünüb Ekşteyni meydana buraxmamışıq. O, yaxşı futbolçudur və bu gün çalışdı tapşırıqları yerinə yetirsin.
 
- Əfran İsmayılovun oyunundan razı qaldınız?

- Əfran bizə gec qoşuldu. Artıq çəkisi var idi, onu da atmağı bacarıb. Təcrübəsinə görə meydanda 90 dəqiqə yaxşı vəziyyətdə qalır. Onun daha da yaxşı olacağına inanıram. Məqsədimiz yerli futbolçuları Azərbaycan futboluna bəxş etməkdir. Buna görə də təcrübəli futbolçuların üzərinə böyük yük düşür.
 
- Oyunun sonunda futbolçular arasında qarışıqlığa səbəb nə idi?

- Emosiyalar yüksək idi, istənilən söz hər iki tərəfə təsir edə bilərdi. Çoşqunla Elçinin arasında qısa mübahisə yarandı, ciddi bir şey baş vermədi. Mən də topun mən tərəfə atılmasını xoş qarşılamadım, amma sonra bilərəkdən etmədiyini bildirdi.
 
- Bahadır əvvəl dayaq yarımmüdafiəçisi idi, indi də sola çəkmisiniz...

- Bahadırı sol cinahda sınamışdıq. Fikrimiz, bu mövqeyi limit kimi istifadə etmək idi. Bahadır həm solda, həm də ortada oynamağı bacarır. Onun hansı mövqedə daha effektli olacağını hələ bilmirik. Perspektivli futbolçudur. Gənc oyunçular üzərlərində çox çalışmalıdırlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail