İlqar Qurbanov millinin futbolçularını tənqid etdi

01.03.2012 | 6761 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov Azərbaycan milli komandasının bəzi futbolçularının ünvanına ittihamlar səsləndirib. Stadium.az xəbər verir ki, Facebook sosial şəbəkəsindəki statusunda İlqar Qurbanov millinin bəzi üzvlərinin Dubayda kef çəkməklə məşğul olduğunu yazıb. Bir vaxtlar millidə oynayan, sonradan Berti Foqts tərəfindən milliyə dəvət edilməyən Qurbanov yazıb: “İlqar Qurbanov “Mc donalds”da yemek yediyi üçün millidən kənarlaşdırıldı. Dubayda “sbor”da (təlim-məşq toplanışında – red.) kef eləyənlər hələ də millinin formasını geyinirlər. Bununla da Azərbaycan futbolun gələcəyindən danışırlar”.

Qurbanovun milliylə bağlı statusu bununla yekunlaşmayıb. Millimizin bu gün yoxlama oyununda Fələstinə 0:2 hesabıyla uduzduğu matçdan sonra “Qarabağ”ın futbolçusu kinayəli şəkildə belə bir status paylaşıb: “Fələstində futbol var?”

Bu statusundakı şərhlərdə Qurbanov Fələstinin dünya reytinqində 162-ci yerdə olduğunu xatırladıb və belə bir komandaya məğlubiyyəti faciə adlandırıb. “Başa düşmürəm, bu komandayla oynamaq kimə lazımdı”.

Qurbanov qeyd edib ki, millinin bəzi futbolçuları Dubayda təlim-məşq toplanışında olduqları vaxt gecələr gəzsələr də, onların barəsində cəza tədbiri görülmür: “Buyurun, bu da nəticəsi”.

Qurbanov ad çəkməsə də, görünür, millinin bir neçə gün əvvəl Dubayda barda əylənərkən yaxalanan və şəkilləri sosial şəbəkələrdə yayımlanan Branimir Subaşiç, Aleksandr Çertaqanov və Andrey Popoviçi nəzərdə tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail