Komendant saatı ilə əlaqədar Azərbaycandakı oyunlarla bağlı qərar verildi

29.09.2020 | 4361 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turu və I Divizionun ilk turunun oyunlarının başlama saatlarında dəyişiklik edilib.

Bununla bağlı Peşəkar Futbol Liqası qərar verib.

Buna səbəb bu gün saat 00:00-dan etibarən Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyətin elan olunmasıdır. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilib. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bununla əlaqədar olaraq, bütün təşkilati məsələləri nəzərə alan Peşəkar Futbol Liqası bütün oyunları günorta saatlarına salıb.

Vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail