"Eyni potensiala sahib iki komandanın dueli olacaq"

01.10.2020 | 4294 dəfə oxunub

“Joze Kantenin problemi var. Onun “Qarabağ”la matçda iştirak edib-etməyəcəyi bəlli deyil. Ancaq biz futbolçunun meydanda olmasına çalışırıq. Digər oyunçular matça hazırdırlar”. 

Stadium.az xəbər verir ki, bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib. Çalışdırıcı bütünlüklə matça kökləndiklərini söyləyib: “Bu oyunu yalnız idman prinsipləri baxımından qiymətləndiririk. Siyasəti idmanla qarışdırmırıq. Yaxşı çıxış etmək istəyirik, yalnız meydandakı oyuna fikir veririk. Görüşə mümkün qədər yaxşı hazırlaşmağa çalışmışıq. Eyni potensiala sahib iki komanda arasında duel olacaq. İndi əsas psixoloji hazırlıqdan çox şey asılı olacaq”.

Mixneviç taktikanı Azərbaycan çempionuna uyğun quracaqlarını vurğulayıb: “Qarabağ”ın iki oyunçusunun çıxışı sual altındadır. Ancaq biz rəqibdəki hər hansı bir dəyişikliyə və bunun həlli yollarına hazırıq. Bütün diqqətimizi bu oyunun fəlsəfəsinə yönəltmişik”.

Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-a başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail