Rəşad Sadıqov: "Oyunumuzda belə gedişat gözləmirdim"

03.10.2020 | 4412 dəfə oxunub

"Oyuna köklənmək çox çətin idi. Şəxsi həyat və iş haqqında düşünmək çətindir. Allah ordumuza, xalqımıza və dövlətimizə yardım etsin. İnanıram ki, tezliklə torpaqlarımızı azad edəcəyik. Allah ordumuza kömək olsun".

Bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 5-ci turunda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

O bildirib ki, matça hazırlaşmaq çətin olub: "Amma məcburən işimizi görməliyik. Oyunumuzda belə gedişat gözləmirdim. Rəqib matça yaxşı başladı. Oyunu müdafiədən qurub, səhv etmələrini gözlədik. Amma etmədilər. 100 faizlik qol epizodumuz olmurdu. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Amma futbol səhv oyunudur, kim istifadə edirsə, o da qalib gəlir".

Sadıqov bu gün çempionatın favoriti ilə oynadıqlarını bildirib: "İtkilərimiz var idi, heç-heçə yaxşı nəticə hesab olunardı. Uğur qazanmaq komandanı rahatlaşdıra bilər. Futbolçulara da demişəm ki, ələ düşən fürsətlərdən istifadə etmək lazımdır. 1-2 xal irəliləmək böyük üstünlük deyil. Gücümüz çatdığı qədər yaxşı mübarizə aparmağa çalışacağıq".

Azərbaycan millisinin sabiq kapitanı cəbhə bölgəsində baş verənlər barədə bunları da söyləyib: "Məndə inanılmaz inam var. Çox şükürlər olsun ki, dövlətimizin və ordumuzun gücü sayəsində irəliləyirik. Şəhidlərimiz də olub. Ailələrə səbr diləyirəm. Ümid edirəm ki, Kəlbəcərdə, Laçında və Xankəndində bayrağımızı sancacağıq. İnanıram ki, yaxın gələcəkdə hamı sevinəcək" 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail