Millimiz üçün ya ləğv, ya da 6 pillə geriləmə

01.03.2012 | 4657 dəfə oxunub

FİFA hələ də Azərbaycan və Fələstin yığmaları arasında keçirilən yoldaşlıq oyununu qeydə almayıb. Stadium.az xəbər verir ki, FİFA-nın rəsmi saytında yer alan siyahıda Azərbaycanın son oyunu olaraq Hindistanla qarşılaşma (3:0) göstərilib. Bu, o deməkdir ki, millimizin 0:2 hesabı ilə yenildiyi Fələstinlə oyunun nəticəsi rəsmi olaraq təsdiqlənməyib. Bu da nəticənin ləğvi ilə bağlı yaranmış ehtimalı daha da gücləndirib.

Bu oyunun baş hakimi bir gün öncə dəyişdirilmişdi. Sonradan matça təyinat almış Birləşmiş Ərəb Əmirliklərindən olan hakimlər isə millimizə qarşı qərəzli qərarları ilə məğlubiyyətdə mühüm rol oynamışdı. Qapımıza vurulan ilk qolda oyundankənar vəziyyət olsa da, buna göz yumulmuşdu. İlk hissənin sonlarında isə Rəşad Sadiqov haqqsız yerə qırmızı vərəqə ilə cəzalandırılmışdı.

FİFA-nın bu oyunla bağlı hansı qərarı qəbul edəcəyi maraqla gözlənilir. Oyunun nəticəsinin ləğv edilmə ehtimalı daha çox olsa da, əksi də baş verə bilər. Əgər matçın nəticəsi təsdiqlənsə, Azərbaycan millisi FİFA reytinqində 6 pillə geriləyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail