Bakoviç: "Azərbaycan çempionatı barədə heç bir məlumatım yox idi"

01.03.2012 | 4605 dəfə oxunub

"Bakı"nın serbiyalı müdafiəçisi Duye Bakoviç Azərbaycan Premyer Liqası XXII turunun "Bakı"-"İnter" qarşılaşması öncəsi klubun rəsmi internet saytına müsahibə verib. Stadium.az xəbər verir ki, o, açıqlama zamanı bunları dilə gətirib:

"Bakı"ya gələndə Azərbaycan çempionatı barədə heç bir məlumatım yox idi. Yalnız onu bilirdim ki, burada Aleksandar Soliç və Marko Şarliya oynayır. 
Azərbaycanla maraqlandıqda dostlarımdan aldığım məlumatlara görə, “Bakı”nın iddialı klub olması və çempionluq üçün oynadığını öyrəndim. Bu amil "Bakı" klubuna keçidimdə önəmli rol oynadı.

Artıq Azərbaycanda iki oyun keçirmişəm. İlk oyunumda "Qarabağ"a böyük hesablı məğlub olduq. Oyunumdan heç razı qalmadım, fikirləşirəm ki, bu belə olmamalı idi.

İkinci oyunum isə uğurlu alındı .“Simurq”la qarşılaşmada həm nəticədən, həm də oyundan razı qaldım . Zənnimcə, ədalətli qələbə qazanmışıq. Onu da qeyd edim ki, "Bakı"nın meydan sahiblərindən güclü olduğu hiss olunurdu.

Çempionatda ilk qolumu vurduğum üçün sevindim. "Bakı"nın qələbələri üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Növbəti turda “İnter”i qəbul edirik. Rəqiblərin oyununu görməmişəm, ancaq onu bilirəm ki, cox güclü komandadır. Bizi bu oyunda yalnız qələbə maraqlandırır. 

Calışacağıq ki, “İnter”lə oyunda qələbə qazanıb, xal ehtiyatımızı artıraq"
.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail