Visente Qomes: "Bəzən yaxşı oynayıb pis nəticə qazanmışıq"

19.10.2020 | 4046 dəfə oxunub

“Azərbaycanın müstəqillik günü münasibətilə hamını təbrik edirəm. Matçın birinci hissəsi eyni səviyyədə oldu, rəqib qol vurmağı bacardı. Biz hücumları sonlandıra bilmirdik, dinamiklik yox idi. İkinci yarıda üstün oynadıq. Əlimizə düşən fürsəti qola çevirə bilmiriksə, qələbə qazana bilmərik”.

Stadium.Az xəbər verir ki, bu fikirləri “Sabah”ın baş məşqçisi Visente Qomes Premyer Liqanın 6-cı turunda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasının ardıcıl üçüncü oyunda məğlub olması haqda bildirib: "Bəzən yaxşı oynayıb pis nəticə qazanmışıq, bəzən isə əksinə olub. Ardıcıl 3 məğlubiyyətə gəlincə, dünyanın hər ölkəsində 3 uğursuz nəticədən sonra baş məşqçisini istefaya göndərə bilərlər. Əksinə, ona yaxşı nəticələr qazanması üçün şans da verilə bilər. Mən hələ ki, getməyi məqsədəuyğun saymıram”.

Qomes “hədəfiniz gənc oyunçu qazanmaqdır, yoxsa nəticə əldə etmək” sualına belə cavab verib: “Məqsədlərimiz oyunları udmaqdır. İstəyirəm ki, gənclər də oynasın. Amma əsas məqsəd nəticə qazanmaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail