"Qarabağ"ın və millimizin "ev" oyunu neytral meydanda keçirilə bilər

20.10.2020 | 1372 dəfə oxunub

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro ilə, "Qarabağ"ın isə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı ilə "ev" matçı neytral meydanda keçirilə bilər.

Stadium.Az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İctimai televiziyada yayımlanan "Bol İdman" verilişində deyib.

O, UEFA rəhbərliyinin ölkədəki məsələrlərdən xəbərdar olduğunu bildirib: "Mütəmadi olaraq Avropa futbol qurumunu məlumatlandırırıq. Gəncə hadisələrindən də məlumat vermişik. Təbii ki, onların xəbəri var. Xəbərləri izləyirlər, tanış olurlar. Bütün dünya bu terror hadisəsi ilə bağlı fikrini səsləndirib".

Qurum rəsmisi deyib ki, hər iki oyuna görə UEFA-nın xüsusi qərarı ola bilər "Ehtimal var ki, bu iki qarşılaşma neytral meydanda təşkil edilsin. Onlar prosesi yaxından izləyirlər, bilirlər ki, Ermənistan tərəfindən döyüş zonasından uzaqda mülki əhaliyə raketlər atılır. UEFA riskləri də anlayır, ona görə də düşünürəm ki, müvafiq qərarları olacaq. Ya da icazə verəcəklər ki, Bakıda oynayaq. Növbəti 48 saat ərzində və ya həftəsonu qərar ola bilər".

Məmmədov oyunların hansı ölkədə keçiriləcəyi ehtimalına da münasibət bildirib: "UEFA-nın koronavirus pandemiyasına görə qərarı var idi və orada üç ölkə seçilmişdi. Bunlar Macarıstan, Polşa və Kiprdir. Həmin ölkələr icazə vermişdi ki, pandemiyaya baxmayaraq hər komandanı qəbul etməyə hazırdırlar. Lakin burada məsələ koronavirus deyil, bir az fərqlidir. Ola bilsin ki, həmin ölkələr tövsiyə olunsun və yaxud yeni məkanlar təklif edə bilərlər. Son söz UEFA-nındır. Məkanlarla bağlı "Qarabağ" klubu və AFFA ilə məsləhətləşəcəklər, öz sözümüzü deyəcəyik. Görüşlərin neytral meydanda və ya Bakıda olmasını UEFA müəyyənləşdirəcək".

"Qarabağ" Avropa Liqasının 2-ci turunda İspaniya "Vilyarreal"ını oktyabrın 29-da Tofiq Bəhramov adına Resublika Stadionunda qəbul etməlidir. Azərbaycan yığması isə Monteneqro ilə noyabrın 14-də qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.05.2021

11:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11.05.2021

11:28  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10.05.2021

11:02  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

05:00  "Real" - "Sevilya" - 2:2 VİDEO

09.05.2021

19:20  “Sabah” - “Qarabağ” - HEYƏTLƏR

17:11  “Zirə” - “Qəbələ” - HEYƏTLƏR

11:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.05.2021

19:17  "Səbail" - "Neftçi" - HEYƏTLƏR

17:10  "Keşlə" - "Sumqayıt" - HEYƏTLƏR

11:18  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

05.05.2021

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

04.05.2021

19:25  "Sumqayıt" - "Sabah" - HEYƏTLƏR

17:05  "Qarabağ" - "Zirə" - HEYƏTLƏR

11:01  Günün oyunlarına necə baxaq? - TV AFİŞA
   
  O Q H M T-f X
1. Qarabağ 25 14 9 2 58-17 51  
2. Neftçi 25 15 5 5 41-25 50  
3. Zirə 25 7 13 5 25-26 34  
4. Sumqayıt 25 8 9 8 28-30 33  
5. Sabah 25 6 7 12 24-31 25  
6. Səbail 25 5 9 11 21-35 24  
7. Qəbələ 25 5 9 11 20-39 24  
8. Keşlə 25 4 11 10 22-36 23  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail