“Qarabağ”ın ev oyunları Azərbaycanda keçirilməyəcək

02.10.2020 | 1334 dəfə oxunub

Azərbaycan millisinin və Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub.

Stadium.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qərarda bunlar qeyd olunub:

Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alan UEFA İcraiyyə Komitəsi bu gün klub və milli komandalar səviyyəsindəki oyunların növbəti qərar qəbul edilən dövrə qədər Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib.

Sentyabr ayının sonlarında başlayan bu vəziyyətin inkişafını diqqətlə izlədikdən sonra bir Avropa Liqası pley-off oyunu və iki UEFA Millətlər Liqası matçının alternativ ölkədə keçirilməsinə qərar verilib. Çünki hazırda bu ölkələrdə UEFA yarışlarının keçirilməsi şərtləri yerinə yetirilmir.

Ermənistan Futbol Federasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından UEFA bayrağı altında keçiriləcək növbəti ev oyunları üçün alternativ məkanlar təklif etməsi istəniləcək.

Bölgədəki vəziyyət izləniləcək. UEFA İcraiyyə Komitəsinin bu gün verdiyi qərar gələn ilin iyun ayında AÇ-2020 matçlarının Bakıda keçirilməsi üçün davam edən planlaşdırmaya təsir göstərmir.

“Qarabağ” Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya “Vilyarreal”ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail