"İmkanlardan istifadə edə bilsəydik, biz qələbə qazanardıq"

25.10.2020 | 3719 dəfə oxunub

"Döyüş zonasında olan əsgərlərə uğurlar arzulayıram, hər zaman onların yanındayıq. Bu gün qələbə qazanmaq üçün meydana çıxmışdıq. Bəzi qol epizodları yaratdıq, amma istifadə edə bilmədik. Rəqibə uğurlar arzulayıram, düşünürəm ki, biz uduzmamalıydıq. "Neftçi" də elə çox təhlükəli epizodlar yaratmadı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 7-ci turunda evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətə layiq olmadıqlarını bildirib: "Futbolçular pis təsir bağışlamır, getdikcə daha yaxşı olacaq. "Neftçi"nin imkanları bizdən çox olsaydı, deyərdim ki, məğlubiyyətə layiq idik. Yaxşı oynayıb uduzmaq pisdir. Əsas nəticə yadda qalır. Mən də istəyərəm ki, pis oynasaq da, nəticə əldə edək".

Hüseynov yenidən "Keşlə"yə qayıdan Sezar Meza Kolli barədə də danışıb: "O, 5-6 gündür ki, komanda ilə məşq edir. Oyunun gedişatını dəyişmək üçün Sezarı meydana buraxdıq. Tam hazır deyil, 30 dəqiqə oynamaq üçün gücü var idi. Sezar formada deyil, o həmişə bu komandanın aparıcı futbolçusu olub. Mən ümumiyyətlə komandamdan narazı deyiləm, hər kəsin futbola baxışı fərqlidir. İmkanlardan istifadə edə bilsəydik, biz qələbə qazanardıq. Əgər mən bu komandaya gəlmişəmsə, deməli, bu mənim komandamdır.

Gələcəkdə yaxşı yerlərdən birini tutacağıq. Buna əminəm. Bizim komandamızın çempion olmaq üçün potensialı var. Hər bir baş məşqçi komandanı çempionluğa kökləməlidir. Nə qədər alınacaq, oyunlarda görsənəcək. Bu gün alınmadı. İmkanlarımız oldu, ötən tur "Səbail"lə görüşdə iki xal itirdik. Bu gün də qol imkanlarımız "Neftçi"dən daha çox idi".

55 yaşlı mütəxəssis transfer planlarından danışarkən komandanın hücum xəttinə yeni oyunçu alınmalı olduğunu qeyd edib: "Anlaşa bilsək, bu mövqeyə oyunçu götürə bilərik. Amma bir forvardla çıxış etmək ağırdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail