"Xəzər Lənkəran" ilk dəfə debütantın qonağı

02.03.2012 | 5299 dəfə oxunub

Premyer Liqanın XXII turunda “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” tarixində ilk dəfə bu rəqiblə səfərdə görüşəcək. Stadium.az xəbər verir ki, debütantla indiyədək yalnız 1 dəfə görüşən "Xəzər Lənkəran" rəqibini mövsümün ilk turunda Lənkəranda qəbul etmişdi.

Həmin vaxt “Sumqayıt Şəhər” adlanan rəqib Premyer Liqada ilk sınağına məhz “Xəzər Lənkəran”a qarşı çıxmış və məğlub olmuşdu. 210 gün əvvəlki qarşılaşmada qonaqları minimal fərqlə məğlub edən Lənkəran klubu eyni uğuru səfərdə təkrarlamağa çalışacaq.

Ötən il avqustun 6-da baş tutan matçda Emeka Opara və Julius Vobayın qolları ilə artıq ilk yarıda matçın taleyi həll olunmuşdu. Sumqayıtlılar isə final fitinə 6 dəqiqə qalmış hesabda fərqi azalda bilmişdilər.
 
Mövsüm      Tarix            Turnir        Yer    Hesab
2011/12   06.08.2011 çempionat   evdə      2:1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail