Ayxan Abbasov: "Hücumda kəsərli olmağa rəqib imkan vermədi"

02.11.2020 | 4242 dəfə oxunub

"Son iki oyunda formada olan komandaya qarşı oynayırdıq. Rəqibin bizi analiz etdiyini bilirdik. Sevinirəm ki, rəqiblər bizimlə oyunlarda sistemlərini dəyişirlər, bizə qarşı əvvəlki kimi hazırlaşmırlar".

SStadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Neftçi" ilə qolsuz başa çatan matçdan sonra mətbuat konfransında deyib.

"İtkilərimiz var, əlimizdəki futbolçulara uyğun oyun qururuq. Hücumda kəsərli olmağa rəqib imkan vermədi. Ədalətli nəticə heç-heçə idi. Penaltini vura bilməmək üzücü oldu. Zədəlilərin sağalmasını gözləyərək, hazırlıqlara davam edəcəyik" - deyə o qeyd edib.

39 yaşlı mütəxəssis bildirib ki, komandasında penalti sindromunun olduğunu deməklə məsələni çox şişirdirlər: "Elvin Məmmədov səhv etmirəmsə, indiyədək heç bir penaltini qaçırmamışdı. Penalti üzərində məşq edilməməsi fikri ilə razı deyiləm. Komandada penalti vuranlar olmalıdır, bizdə də belə oyunçular mövcuddur. Bu gün penaltini Rəhim Sadıxov da vura bilərdi, amma Elvin Məmmədov topa özünə inamla yaxınlaşdı. Hər bir komandada belə hallar mümkündür".

Abbasov bugünkü matçda ikinci hücumçusuz oynadıqlarını diqqətə çatdırıb: "Digər komandalar kimi əlimdə üç hücumçu, əlavə cinah oyunçuları yoxdur. Bu gün əlimizdə əlavə futbolçu yoxdursa, hücumçu problemi yaşayırıqsa, əlimizdəki heyətlə hazırlaşmağa çalışmalıyıq".


Baş məşqçi "Neftçi"nin 5 müdafiəçi sistemi ilə oynamasını rəqibin "Sumqayıt"dan çəkinməsi kimi dəyərləndirib. O, hücumların olmamasına rəğmən, orta xətdə yaxşı mübarizənin getdiyini söyləyib: "Rəqibdən belə taktiki sxem gözləmirdim. Bu gün "Neftçi" ilə heç-heçə etmişik. Ona görə də tələsməməyi istəməyim normaldır".


Abbasov heyətə cəlb etdikləri azərbaycanlı futbolçuların üzərində işləyərək, milliyə cəlb etməkdən ibarət olduğunu işlərindən biri saydığını söyləyib. O, millinin baş məşqçisi Canni De Byazinin də "Sumqayıt"ı diqqətdə saxladığını vurğulayıb.

Baş məşqçi U-21 yığmasının sükanı arxasına keçməyi fikirləşmədiyini də əlavə edib: "Premyer Liqadan U-21-ə getmək bir pillə aşağı enməkdir. Əsas millidən təklif olsa, düşünmək olar". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail