Elmar Baxşıyev: "İlk hissədə dominant futbol nümayiş etdirdik"

08.11.2020 | 4508 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IX turunun “Keşlə” – “Qəbələ” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Stadium.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis bunları deyib:

“Fikrimiz Ordumuzun yanındadı, yeni uğurlar, xəbərlər gözləyirik. İnanırıq ki, Ordumuz xalqımızı sevindirəcək.

Oyuna gəlincə, fərqli hissələr gördük. İlk hissədə dominant futbol nümayiş etdirdik, çoxsaylı qol epizodları yaratdıq. Əfsuslar olsun ki, dəyərləndirə bilmədik. Komanda meydanda istəyimə uyğun hər şeyi etməyə çalışır. Oyundan-oyuna komandada inkişafı görürəm. Asif Məmmədov təcrübəli futbolçudu. Oyunun tempini artıra-azalda bilir. Hücumları aktiv etmək üçün onu Stefan Vukçeviçlə əvəzlədik.

İkinci hissə emosiyalı keçdi. Nəticə belə olmamalı idi. Epizodları dəyərləndirməyəndə, rəqibə şans verirsən. Rəqib öz şanslarını dəyərləndirdi. Oyundakı imkanlara baxsaq, bəlkə də rəqibdən iki dəfə çox epizod yaratmışıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail