Mahir Emreli: "Azərbaycana qalib kimi dönmək istəyirik"

16.11.2020 | 4251 dəfə oxunub

Azərbaycan millisininfutbolçusu Mahir Emreli Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Lüksemburqla səfər matçından əvvəl fikirlərini bildirib.

Stadium.Az xəbər verir ki, futbolçu oyunöncəsi mətbuat konfransında bunları söyləyib:

“Rəqibin potensialına bələdik. Ağır oyun olacağını bilirik. Qrupun son oyunudu. Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik.

İlk oyunda qırmızı vərəqə alaraq komandamı azlıqda qoymuşdum. Hər bir futbolçunun başına gələ biləcək hadisədi. Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalıydıq. Azlıqda qalmağımıza baxmayaraq qol vurmuşduq. Həmin oyunun psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam.

Az qol vurmağımıza gəlincə, hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur düşən fürsətdən maksimum istifadə edirsən, elə oyun olur, alınmır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail