Canni De Byazi: "AFFA rəsmiləri ilə ilk dəfə 2014-cü ildə Parisdə danışıqlar aparmışdıq"

28.11.2020 | 4049 dəfə oxunub

Azərbaycan millisini baş məşqçisi Canni De Byazi müsahibə verib. Stadium.Az xəbər verir ki, "Sportowefakty" nəşrinə danışan italiyalı mütəxəssis ilk olaraq yığmamıza təyinatı haqqında fikirlərini bildirib:

"AFFA rəsmiləri ilə ilk dəfə 2014-cü ildə Parisdə danışıqlar aparmışdıq. Qərarımı indi verdim, çünki yeni layihə axtarırdım. Futbolçuların qələbəyə reaksiyasını dəyişdirməyim lazımdı. Milli ilə irəli gedə biləcəyimizə və gənc futbolçuları inkişaf etdirə biləcəyimizə inanıram. Müqaviləni də DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər imzaladım".

De Byazi Azərbaycanda müharibənin bitdiyinə görə sevindiyini söyləyib: "Müharibə işimizə təsir etdi. Ölkədə müharibə vəziyyəti varsa, futbolçuların futbolu düşünməyi çətinləşir. Sevinirik ki, müharibə bitdi və ümid edirəm ki, hər şey qısa müddətdə normala qayıdar".

De Byazi əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı barədə də danışıb: "Hər kəs Maradonanın uğurlarına bələddi. Onu təkcə uğurları üçün deyil, həm də ürəyinə görə sevirəm. O, kasıblara ümid verdi, onların idealı oldu, həyatlarını nisbətən asanlaşdırdı. 60 yaşında dünyadan köçmək çox tezdi. O, topla oynamırdı, onunla rəqs edirdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail