Ayxan Abbasov: "Acınacaqlı vəziyyətdəyik"

30.11.2020 | 4356 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Qəbələ"yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Acınacaqlı vəziyyətdəyik. Bəzi futbolçular xəstə-xəstə meydana çıxıb. Vəziyyət gərgindir, həm oyunçumuz yoxdur, həm xəstələr var, həm də zədəlilər. Yəqin ki, gələn turdan sonra dayanarıq. Bilmirəm, futbol önəmlidir, yoxsa sağlamlıq. Futbol haqda danışılası bir şey yoxdur.
 
- Koronavirus səbəbindən çempionatın dayanmasını istəyirsiz?

- Mən də istəyirəm çempionat davam etsin. Düzdür, Avropada futbol davam edir. Orada olan klubların 25-30 futbolçusu var. Koronavirusa yoluxanları tuta bilmirəm. Deyirlər ki, virusa yoluxan 14 günə sağalır, ancaq bizdə 1 həftə sonra meydana çıxır. Başa düşmürəm, nə lazımdır, hamımız virusa yoluxmalıyıq? Test nəticəsi neqativ çıxsa da, simptomlu futbolçuları oynadırıq. Bilmirəm, "Zirə" ilə oyuna 11 nəfəri necə tapacağıq.
 
- Oyunların təxirəsalınmasıyla bağlı PFL-ə müraciət etmisiz?

- Oynamalıyıq və oynayırıq. PFL deyir ki, 7 futbolçuda virus aşkarlanmalıdır. Nə edək biz? Buna görə bu gün futbol haqda danışmaq istəmirəm. İki gün əvvəl test veririk, neqativ çıxır. Futbolçu gündüz yaxşı olur, amma axşam hərarəti qalxır. Futbolçu test verəndən sonra gərək evdə qalsın. Bəlkə dekabra qədər gözləməliyik. Ehtiyat oyunçumuz yoxdur, əvəzetmə edə bilmirik. 5-6 milyona yığılan komandada ehtiyatda futbolçu olur. Bizim ehtiyatımız gənclər idi, bu gün onların da bəziləri yox idi. Biz də istərdik ki, geniş heyətimiz olsun. Kərəm Vəliyev və Elvin Bədəlovun da hərarəti var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail