Qurban Qurbanov "Makkabi" ilə oyunda olmayacaq

01.12.2020 | 742 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda "Makkabi" (Təl-Əviv) komandası ilə oyun üçün Türkyənin İstanbul şəhərinə getməyəcək.

Stadium.Az xəbər verir ki, bu barədə klubun direktoru Emrah Çəlikəl məlumat verib. O, bildirib ki, 48 yaşlı mütəxəssisin vəziyyəti yaxşı olsa da, onun növbəti testi də müsbət çıxıb.

Çəlikəl İsrail təmsilçisi ilə duelə komandanı Elçin Rəhmanovun çıxaracağını sözlərinə əlavə edib: "Hücumçu Musa Qurbanlının növbəti koronavirus testi neqativ çıxıb. Onun qarşılaşmada iştirakı gözlənilir".

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Qurban Qurbanov səhhətindəki problemə görə ötən həftəsonu komanda ilə Ağdama səfər edə bilməyib. O, həmçinin "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri görüşü də buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.01.2021

19.01.2021

18.01.2021

17.01.2021

11:20  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10:39  "Anje" - PSJ - 0:1 VİDEO

00:21  "Fulhem" - "Çelsi" - 0:1 VİDEO

16.01.2021

14.01.2021

14:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12.01.2021

11:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11.01.2021

11:02  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10.01.2021

11:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.01.2021

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail