"Qarabağ"ın iki futbolçusunda koronavirus aşkarlanıb

02.12.2020 | 4224 dəfə oxunub

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunun İsrail "Makkabi"si (Tel-Əviv) ilə oyunu öncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mahir Emrelidən sonra bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynovda koronavirus aşkarlanıb.

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçisi Elvar Quliyevdə testin nəticəsi pozitiv çıxıb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir. Xorvatiyada müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünənki testinin nəticəsi mənfi çıxıb və o, Türkiyəyə gələrək komandaya qoşulub.

Milli komandanın heyətindən gəldikdən sonra koronavirus aşkarlanmış Musa Qurbanlının isə son iki testi neqativ çıxıb. Lakin futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail