“Vilyarreal” – “Qarabağ” matçı baş tutmayacaq

08.12.2020 | 4506 dəfə oxunub

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda qarşılaşmalı olduğu “Vilyarreal”la oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.

Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha iki futbolçuda – Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv çıxıb.

Ötən testin nəticələri pozitiv olan 7 futbolçu – Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da nəticə eyni olub.

İki futbolçu – Bədavi Hüseynov və Patrik Andrade də zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqlərə bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) “Vilyarreal”la oyunda iştirak edə bilməyəcək.

Buna görə də dekabrın 10-na planlaşdırılan “Vilyarreal” –  “Qarabağ” matçı baş tutmayacaq. Qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail