"Neftçi"də zədəsini bərpa edən hücumçudan koronavirus çıxdı

15.12.2020 | 4126 dəfə oxunub

"Neftçi"də koronavirusa yeni yoluxma halı aşkarlanıb. Stadium.Az xəbər verir ki, son olaraq, komandanın hücumçusu Stiven Monrozun infeksiyaya yoluxduğu üzə çıxıb.

Bundan başqa, aktiv xəstə olan Kamran İbrahimovun son testinin nəticəsi müsbət olub. Sabir Buqrin, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi davam edir.

Baş məşqçi Samir Abasov, köməkçiləri Vəfadar Quliyev və Seymur Rəhimov, müdafiəçilər Voislav Stankoviç, Anton Krivotsyuk, Mert Çelik və Mamadu Mboc, həmçinin yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Asim Əlizadə isə koronavirusdan tam sağalıblar.

Stiven Monroz daha əvvəl zədədən əziyyət çəkirdi. Fransalı forvard axırıncı dəfə sentyabrın 11-də Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub. O, noyabrın sonlarında komanda ilə məşqlərə qoşulmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail