FİFA bu gün ən yaxşıları açıqlayacaq

17.12.2020 | 3856 dəfə oxunub

FİFA bu gün müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adlarını açıqlayacaq. Stadium.Az xəbər verir ki, ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatının təqdim ediləcəyi tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərasim koronavirus səbəbindən ilk dəfə onlayn keçiriləcək.

İlin ən yaxşı futbolçusu adına namizədlər sırasında Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus"), Robert Levandovski (Polşa, "Bavariya") Lionel Messi (Argentina, "Barselona") yer alıb

İlin ən yaxşı baş məşqçisi adına namizədlər isə Yurgen Klopp ("Liverpul"),  Marselo Byelsa ("Lids Yunayted") və Hans-Diter Flikdir ("Bavariya").

Mükafatlar 11 nominasiya üzrə veriləcək. İlin futbolçusu, məşqçisi ilə yanaşı, ən yaxşı qadın futbolçu və qadın komandasının ən yaxşı məşqçisi,  kişi və qadın futbolunun ən yaxşı qapıçısı, rəmzi komandalar və feyr-pley mükafatının sahibi, ilin ən yaxşı azarkeşi və ya azarkeş qrupu, ən gözəl qola imza atan oyunçuya "Ferents Puşkaş" mükafatı veriləcək.

Ötən il "The Best" mükafatını Lionel Messi qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail