"Bəzi futbolçuların performansı daha yaxşıdır, digərlərinin isə bir az aşağıdır"

17.01.2021 | 918 dəfə oxunub

"Komandanın hazırlığı pis getmir. Futbolçuların fiziki durumu pis deyil. Hərçənd, tam yaxşı da demək olmaz. Amma hələ çempionat matçına bir həftə var. İnanıram ki, yanvarın 21-dək hər bir futbolçu daha yaxşı vəziyyətə gələcək".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov qış təlim-məşq toplanışı barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, oyunçuların hazırlıq səviyyələrində fərqlər var: "Bəzi futbolçuların performansı daha yaxşıdır, digərlərinin isə bir az aşağıdır. Maksimum çalışırıq ki, bunları tezliklə aradan qaldıraq və futbolçular oyuna bacardığımız qədər hazır formada çıxsınlar".

Qurbanov həmçinin transferlərlə bağlı problemlərin mövcudluğunu diqqətə çatdırıb: "Bir neçə transfer etmək istəyimiz də, bu günədək gerçəkləşməyib. Lakin hələ transfer müddəti davam edir. Həmişə demişik ki, qış dönəmində transfer etmək asan deyil. Amma son bir il ərzində bu, pandemiyaya görə daha da çətinləşib. Bəzi çempionatlar dayandığına görə dünya futbolunda problemlər var. İstənilən halda daim hər hansı transferi gerçəkləşdirmək niyyətindəyik. Düzdür, alınacağı real görünmür, amma passiv durmamışıq, daim futbolçularla maraqlanırıq və danışıqlar gedir".

Baş məşqçinin sözlərinə görə, indiyədək transferlər edə bilməmələrinin fərqli və bir çox səbəbi va: "Biz istəyirik, lakin özümüzdən asılı olmayan səbəblər var".

"Qarabağ" Azərbaycan Premyer Liqasnın XIV turunda "Sabah"ın qonağı olacaq. Görüş yanvarın 21-də "Bank Respublika Arena"da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.02.2021

02:00  "Atalanta" - "Real" - 0:1 VİDEO

24.02.2021

11:55  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.02.2021

22.02.2021

13:41  PSJ - "Monako" - 0:2 VİDEO

11:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:38  "Milan" - "İnter - 0:3 VİDEO

21.02.2021

11:15  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.02.2021

17:08  "Neftçi" - "Qəbələ" - HEYƏTLƏR

15:21  "Keşlə" - "Zirə" - HEYƏTLƏR

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

19.02.2021

17:15  “Sumqayıt” - “Qarabağ” - HEYƏTLƏR

15:14  “Səbail” - “Sabah” - HEYƏTLƏR

11:56  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail