Samir Abbasov: "Birinci hissəni bəyənmədim"

21.01.2021 | 3766 dəfə oxunub

"Qışdan sonra oyunlarımız çətin keçəcək. Premyer Liqa səviyyəsində bir yoldaşlıq oyunu keçirdik. Yaxşı tərəfi odur ki, qələbə qazandıq. Sadəcə, 3 xala sevinirik. Üzülməmişik, amma tam da istədiyimiz deyil".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 14-cü turunda səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.
 O bildirib ki, oyun xoşuna gəlməyib:

"Birinci hissəni bəyənmədim. Futbolçuların matça arxayın çıxmaları xoşuma gəlmədi. İlk yarıda rəqib daha yaxşı idi. Bəlkə də çempionatda oyunçularımız özlərini çempionluğa görə stressə salıblar. İkinci hissədə yaxşı çıxış etdik".

Baş məşqçi daha sonra deyib: "Digər oyunçular da əziyyət çəkdi. Namiq Ələsgərov və Yusuf Lavalın yeri görsəndi. Bütün məşqlərdə Ələsgərov iştirak edirdi. Bəlkə də onun yoxluğu səbəbindən axsadıq".

Abasov Vətən müharibəsindən qayıdan baş hakim Kamal Umudlu haqqında danışmaq istəmədiyini söyləyib: "Referiyə bu gün hər şey keçərli idi. O cür insanlara görə indi burada rahat danışa bilirik. Futbolçulara dedim ki, özünüz oyununuza baxın və analiz edin. Stiven Monroz motivasiya baxımından ehtiyata salındı, onun problemi tam aradan qalxmayıb. Ömər Buludovu ona görə oyuna saldıq ki, sağ cinahda boşluqlar gördük".

Baş məşqçi deyib ki, istənilən taktikada qollar vuracaqlar: "Hücumçu axtarışındayıq, o da alınsa, rotasiya etmək üçün bizə xoş olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail