Qurban Qurbanov: "Gerye ilə bağlı bir xəbər yoxdur"

21.01.2021 | 3769 dəfə oxunub

"Hamımız futbol üçün darıxmışdıq. Pandemiyaya görə narahatlıq var idi. Şükürlər olsun, xəstəlik azalır".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Sabah" 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Qış fasiləsindən sonra öz oyunu istədiyin kimi göstərə bilmirsən. Rəqib ciddi hazırlaşsa da, 3 xal bizim oldu. Futbolçulardan razı qaldım. İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq".

Qurbanov yeni təsis olunan Konfrans Liqası barədə də danışıb: "Avropa Liqası ilə Konfrans Liqası arasında fərq var. Bu turniri də gözləmək lazımdır. Bəlkə, öz fərqliliyi olacaq. Bizim hər zaman məqsədimiz yuxarı pillə olub. Konfrans Liqası büdcəsi az olan klublara təsir edə bilər. Amma hələ mükafat fondu açıqlanmayıb. Lakin Çempionlar Liqası və Avropa Liqasının yeri fərqlidir".

Baş məşqçinin sözlərinə görə, qışda transfer etmək çox çətindir: "Passiv görünə bilərik, amma oyunçu tapmaq asan deyil. Bu gün heyətimizdə problemlər var idi. Biz özümüz də transfer etmək istəyirik. İndi olmasa da, yayda ola bilər".

Təcrübəli mütəxəssis Bakıdakı təlim-məşq toplanışını da dəyərləndirib: "Bakıda toplanış keçmək hazırlığa ciddi təsir etmədi. Çünki vaxtımız az idi. Toplanışdan razı qaldım".

Baş məşqçi "Qarabağ"ın Mətbuat katibi Nurlan İbrahimovun istefasından da söz açıb: "Mənim üçün Nurlan haqqında danışmaq çox ağırdır. Sadəcə, heyfslənirəm ki, belə sərt qərar oldu. Klub olaraq ondan məmnun idik. Hamımız üzüldük. Başqa yolu yox idi. Həmişə bizim qəlbimizdədir. Nurlan bundan sonra da qarabağlıların ürəyində olacaq".

Qurbanov sabiq mətbuat xidməti ilə bağlı sərt qərarın UEFA-da olan nüfuzumuza təsirindən də danışıb: “Məni də sildirmək istəyirsiniz? (gülür). Ümumiyyətlə, həddən artıq az danışmalıyıq. Bəzi qərarlara görə onları qınaya bilmərik. Çünki əvvəlcədən federasiyalara xəbərdarlıq olur. Hamı ilə mübarizə apara bilərik. Amma həm vaxtımızı aparar, həm də nüfuzumuzu salar. 4-5 element var ki, daim ehtiyatlı olmalıyıq. "İnter"lə oyuna görə nə qədər vaxt itirdik, müzakirələr getdi. Elə məsələlər var ki, o səhvləri etməməliyik. Düzgün, ağıllı formada mübarizə aparmalıyıq ki, bizə qarşı əks fikir olmasın. Görsünlər ki, mədəniyyətimizi qoruyub saxlayırıq. Nurlan bəlkə bundan sonra daha nüfuzlu yerdə olacaq”.

Qurbanov bu gün "Zirə"nin heyətində qol vuran oğlu Musa Qurbanlının çıxışına da toxunub: "İstənilən futbolçu ilə yollarımızı ayıranda peşman olmuram. Bəzi legionerlər burada oynaya bilməyib, amma başqa yerdə 10-15 qol vurur. Musanın getməsi son anda oldu. Rəşad Sadıqov istədi, biz də göndərdik".

Mütəxəssis Donald Geryeyə təklif gəlmədiyini söyləyib: "Mahir Emreliyə görə Polşa klubundan təklif gəlib. Amma burada hər kəsin fikri önəmlidir. Gerye gəlib ki, getsin də? (gülür). Gerye ilə bağlı bir xəbər yoxdur. O, hələ İstanbuldadır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail