AFFA-nın gəlirləri açıqlanıb

29.01.2021 | 4167 dəfə oxunub

2020-ci ildə AFFA-nın gəlir və xərcləri açıqlanıb. Cəmi gəlirlər 22 milyon 803 min 52 manat təşkil edib. Məbləğin 11 milyon 400 min manatı SOCAR-dan, 4 milyon 319 min 140 manatı UEFA-dan, 3 milyon 814 min 638 manatı əsas yığmanın yayım hüququndan, 2 milyon 634 min 803 manatı FIFA-dan, 94 min 400 manatı Coca coladan, 63 min 400 manatı UNİCEF-dən, 187 min 322 Paşa Sığortadan, 125 min 636 manatı Procter & Gamble-dən daxil olub. Digər gəlirlər isə 163 min 713 manatdır.

Qurumun cəmi əsas fəaliyyət xərcləri isə 17 milyon 554 min 722 manat təşkil edib.

Beləliklə, əsas fəaliyyət xərclərindən sonra qalıq 5 milyon 248 min 330 manatdır.

2020-ci il hesabat dövründə AFFA-nın fəaliyyət xərcləri də müəyyənləşib.

Milli yığma komandalara 9 milyon 905 min 833 manat xərclənib.

Əmək haqqı və ezamiyyə xərcləri 2 milyon 399 min 145 manat, qızlar və oğlanlardan ibarət U-10-dan başlayaraq, U-19-a qədər liqaların təşkili və turnirlərin keçirilməsinə 556 min 215 manat, hakimlər və Hakim-İnspektorlara 1 milyon 271 min 742 manat təşkil edib.

688 min 322 manat təsərrüfat xərcləri, 448 min 391 manat oyunların təşkili, 187 min 650 manat aviabilet və hotel xərcləri, 200 min 166 manat nəqliyyat xərcləri, 136 min 122 manat kommunal və rabitə xərcləri, 76 min 659 manat təhsil, 209 min 810 manat marketinq və sponsorluq departamentinə, 230 min 6 manat "Elit Məşq" Layihəsinə, 110 min 927 manat "Futbol dərsi" Layihəsinə, 468 min 572 manat "COVID -19" Pandemiyasının təsiri ilə əlaqədar yaranan xərclərə sərf edilib.

Digər xərclər isə 665 min 162 manatdır. Beləliklə, cəmi xərclər 17 milyon 754 min 722 manat olub. Burada yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Dövlət büdcəsinə 1 milyon 535 min 724 manat vergi ödənilib. Xərclərə Dövlət Sosial Müdafiə Fonduna aid olan ayırmalar, Azərbaycan klublarının da daxil edilib. Klublarımızın Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim inspektorların qarşılanması xərcləri də həmin məbləğə daxildir



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail