Rəşad Sadıqov: "Səhər-axşam titul qazanım, elə düşünüm..."

03.02.2021 | 4024 dəfə oxunub

“İlk dəqiqələrdən oyun gərgin keçdi. Hər iki komanda mübarizə apardı”. Stadium.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, komandasının səfərdə 1:0 hesabı ilə qalib gəldiyi görüşü belə şərh edib: “Dinamik oyun alındı. Qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Hesab bizə üstünlük yaratmır, rahatlaşmaq olmaz. Bu, yolverilməzdir. İlk hissənin sonundan rəqib daha irəli atıldı. Hər iki komandanın oyunu təqdirəlayiq idi. İnanmadan nəticə qazanmaq çətindir. İnam hər zaman hər şeyi həll etmir. Rəqibin də oyunu çox önəmlidir. Samir Abasovun gəlişi ilə "Neftçi"də yüksəliş var. Futbolçular kimə qarşı oynadıqlarını dərk edirdilər. İlk 90 dəqiqədə uğur qazandıq”.

39 yaşlı mütəxəssis kuboku qazanmaq hədəfini ön plana çəkmədiyini bildirib: “Səhər-axşam titul qazanım, elə düşünüm deyə bir şey yoxdur. Qarşımızdakı rəqiblər potensiallı və ciddi komandalardır. Qış fasiləsindən sonra hamı yaxşı təsir bağışlayır. Sadəcə, hər oyun haqqında düşünürəm, futbolçuları qarşıdakı matçlara hazırlayıram".

Baş məşqçi yeni transferlər barədə də danışıb: “Yeni transferlər hazırlıq dövrünü bizimlə keçmədi. Filipe Paxtmanı meydana buraxdım ki, Azərbaycan futbolunu hiss etsin. Əslində hazır deyildi. Müdafiəçinin oyunundan isə razıyam. Yeni futbolçularımızdan bu gün razı qaldım. İnanıram ki, zaman keçdikcə daha da inkişaf edəcəklər".

Rəşad Sadıqov rəqibin güclü tərəflərini bildiklərini sözlərinə əlavə edib: “Öz düşündüklərimi etdik. Emin Mahmudov "Neftçi"nin döyünən ürəyidir. Başa-baş toqquşdu və əvəzləndi. İstəməzdim ki, hansısa futbolçu zədələnsin. Dodağı partlayıb, düşünürəm ki, ciddi olmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail