Qurban Qurbanov: "Çox danışmağa ehtiyac yoxdur"

13.02.2021 | 3865 dəfə oxunub

"Samir Abasovu təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox danışmağa ehtiyac yoxdur. Gərgin keçdi. Digər məqamlar daha maraqlı idi. Futbolçularından narazı qaldım. İkinci hissədə qırmızı vərəqə alacağımıza hazır idim. Təəssüf ki, bu baş verdi. Oyun nizam-intizamı pozuldu. "Neftçi" qırmızı vərəqə alanadək daha yaxşı oynayırdıq. Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Hakim də inamlı qərarlar verdi".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV turunun matçdan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü epizodları bir neçə gün öncə Hakimlər Komitəsi ilə müzakirə ediblər: "Maraqlı senari alındı. Qarşıda oyunlarımız var. Komandanı yaxşı hazırlamalıyıq. Zədəlilərimiz, cəzalı futbolçularımız var".

Qurbanov Kevin Medianın qırmızı vərəqə almasına münasibət bildirib: "Bu barədə bu gün düşünsəm, daha ciddi cəza ola bilər. Sabah yenidən izləyəcəyəm. Mütləq cəzalanacaq. Komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Düzdür, futbol kişi oyunudur. Amma özünü idarə etməyi bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur".

Baş məşqçi heyətin kasadlığı ilə bağlı suala belə cavab verib: "Belə hallar olur. Amma mənim heyətlə bağlı narahatlığım yoxdur. Bacara bilərik. Filip Ozobiç gələn həftədən məşqlərə başlayacaq. Elvin Cəfərquliyev qayıdır. Hər şey normaldır. Yetərincə futbolçum var".

Təcrübəli mütəxəssis Maksim Medvedevə müdafiənin solunda şans verməsinə də aydınlıq gətirib: "Futbolda bu cür yerdəyişmələr olur. Qarşıdakı oyunlarda Elvin və Toraldan istifadə edəcəyik"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail