Visente Qomes: "Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır"

15.02.2021 | 3680 dəfə oxunub

“Bu gün hər iki komandanın çox az qol fürsətləri var idi. Xeyrimizə olan hesabı sona qədər saxlaya bilmədik və heç-heçəylə razılaşdıq".

Stadium.Az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 15-ci turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis buraxdıqları ikinci qoldakı səhvlərindən söz açıb: "Rəqibin ikinci qolu zamanı topu vuran futbolçunun cərimə meydanı daxilində niyə tək qaldığını aydınlaşdırmalıyıq. Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır. Çempionatın sonunda nə olacağını indidən demək çətindir. Hazıda yalnız qarşıdakı oyunlara köklənmişik. Hazırda da yalnız “Səbail”lə matçı düşünürük”.

İspaniyalı baş məşqçi zədələndiyi üçün ikinci hissədə əvəzlənən yeni transfer Tiemoko Fofananın durumu barədə də məlumat verib: “Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi qırılıb. Hazırda xəstəxanadadır. Boyun nahiyəsində də ağrıları var. Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi. Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha yaxşıdır”.

Mütəxəssis ukraynalı yarımmüdafiəçi Dmitri Klotsu transfer etmələrinin səbəbini də izah edib: “Klotsu yaxşı tanıyırdım, Ukraynadakı çıxışından ona bələdəm. Necə oyunçu olduğunu bildiyim və bizə fayda verəcəyinə əmin olduğum üçün onu heyətə qatdıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail