Emin Mahmudov: "Əlbəttə, 5 futbolçumuzun yoxluğu hiss olunurdu"

21.02.2021 | 4052 dəfə oxunub

"Bizim üçün çox ağır oyun oldu. Oyuna nəzarət edə bilmir, çox top itirirdik". Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

90+4-cü dəqiqədə qələbə topunu vuran kapitan qalib gəlmələrinə rəğmən, bundan da çox yaxşı oynamalarının vacibliyini dilə gətirib:

"Hər matçı xarakterin, mübarizənin hesabına uda bilmərik. Baş məşqçi də bizə dedi ki, daha çox hərəkət edib, bir-birimizə daha çox kömək durmalıyıq. Deməzdim ki, "Qarabağ” üzərində qələbədən sonra "Qəbələ” ilə oyuna psixoloji baxımdan hazırlaşmaq çətin idi. Çünki başa düşürdük ki, çempionluq uğrunda əsas rəqibi məğlub edib, sonra digər rəqiblərlə matçlarda xal itirməyin heç bir bəhanəsi olmayacaq”.

Cəza və zədə səbəbindən "Qəbələ” ilə matçı buraxan futbolçuların yoxluğunun hiss olunduğunu deyən 29 yaşlı yarımmüdafiəçi qələbə qolundan da danışıb:

"Əlbəttə, 5 futbolçumuzun yoxluğu hiss olunurdu, amma bu, bizim üçün bəhanə olmayacaqdı. Hər bir komandanın heyətində itkilər olur. Buna görə də nəyin bahasına olursa-olsun, qələbə qazanmaq lazımdır. Həm də heç kim zəmanət verə bilməzdi ki, həmin futbolçular meydanda olsaydılar, biz qalib gələcəkdik. Çünki futbol komanda oyunudur. Son dəqiqədə vurduğum qola gəlincə, bütün hirsimi bu zərbəyə qoymuşdum”.

Bu qələbə sayəsində xalını 33-ə çatdıran "Neftçi" vahid liderliyini davam etdirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail