Futzal Federasiyasından və millidən “Neftçi İSM”ə qarşı böyük ayrıseçkilik

07.03.2012 | 7507 dəfə oxunub

Azərbaycan futzalı son dönəmlər “Araz” klubunun liderliyi – təkhakimiyyətliyi altında keçməkdə idi. Deyəsən, “Araz”ın bu hegamonluğuna “Neftçi İSM” klubu son qoyacaq. Sadıq Sadıqovun “Neftçi” klubuna prezident təyin olunmasından sonra təkcə böyük futbolda olan komanda yox, həm də futzal klubu öz sözünü deməkdədir. Bunun məntiqi nəticəsidir ki, “Neftçi İSM” son zamanlar “Araz”dan daha yaxşı çıxış etməyə başlayıb. Boş yerə deyil ki, bu komandalar arasında keçirilən son 6 oyunda “Araz” rəqibinə üstün gələ bilməyib. Elə buna görə də, Azərbaycan Futzal Federasiyasına başçılıq edən “Araz” rəhbərliyində “Neftçi İSM”ə qarşı açıq şəkildə qısqanclıq kökm sürür.

Hazırda çempionarda lider olan və heç bir legionerin xidmətindən yararlanmayan, əvəzində isə yerli gənclərə üstünlük verən  “Neftçi İSM” klubunun futbolçuları milliyə cəlb olunmur. Heyətə dəvət olunan Rüfət Balakişiyev və Elvin Quliyevə isə oynamaq şansı verilmir.

Aldığımız məlimata görə, Futzal Federasiyasının belə addım atması – yəni “Neftçi İSM”li futbolçuları milliyə çağırmaması bu komandanın futbolçularında hiddət yaradıb. Elə buna görə də, “Neftçi İSM”li futbolçular son “Araz” oyunundan qabaq paltardəyişmə otağında aralarında kişi sözü veriblər ki, canlarını qoyub rəqibi udaraq onlara sübüt edəcəklər ki, milliyə layiq oyunçulardı. Futbolçular aralarındakı sözü tutaraq “Araz”ı məğlub etməyi bacarıblar. Bundan sonra isə Futzal Federasiyası tərəfinfən “Neftçi İSM”ə qarşı qısqanclıq daha da artıb.

Oxucu üçün bir haşiəyə çıxaq. Futzal millsinin son Xorvatiya səfərində millinin üzvü braziliyalı üzvlərindən birinin doğum günü böyük təm-taraqla qeyd olunub. Amma “Neftçi İSM”dən milliyə çağrılan İlkin Hacıyevin övladının olma xəbəri milli rəhbərliyini mənəvi baxımdan heç qayğılandırmayıb da. Yəni milli futbolçunu heç təbrik edən də olmayıb.

Amma həqiqətən də, millini heyətni qurarkən yerli futzalçılara qarşı haqsızlıq olur. İş ondadır ki,  hazırda heç bir klubu olmayan Serjio milliyə dəvət alır, amma çempionatın lideri “Neftçi İSM”in oyunçularına yad münasibət göstərilir. Niyə? Bu suala millinin baş məşqçisi, ya da onu oyuncaq kimi idarə edən özündən böyük rəhbəri cavab verə bilər.

Futzal millisi barədə daha bir maraqlı məlumat əldə etmişik. Aldığımız məlumata görə, futbolu belə yaddan çıxaran Zeynal Zeynalov futzal millisinin yeni heyətinə dəvət olunub. Bu barədə Zeynala Futzal Federasiyasından məlumat verilib.

Bizə verlən daha bir maraqlı məlumatda bildirilir ki, millinin baş məşqçisi Joze Alesio da Silvanın yerli futzalçılardan xoşu gəlmir. Bu səbəbdən də milliyə əcnəbiləri dəvət edir. Dəvət etdiyi yerliləri isə xüsusi tapşırıqla – məcburiyyət qarşısında qalaraq heyətə qatır. Qısası, Berti Foqtsun böyüf futbolda Azərbaycan millisinin başına açdığı “min bir oyunu”  Joze Alesio da Silva futzalda təkrarlamaqdadır. Bütün bunlar isə heç şübhəszi ki, Futzal Federasiyasını prezidenti Zaur Axundovun işinə kölgə salır. Gərək Axundov da elə işləsin ki, işinə kölgə düşməsin. Necə də olmasa, kölgədə uzun ömür sürmək mümkün deyil.

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail