Rəşad Sadıqov: "Mən ən azı iki oyunçu istəyirəm"

03.03.2021 | 3827 dəfə oxunub

"Yenə də gərgin və maraqlı oyun keçdi. Hər zaman "yenə də" deyərək başlayıram, çünki futbolçuların mübarizliyini, istəyini, dinamikasını qeyd etməmək mümkün deyil. Hər iki komanda bir-birinə yaxşı bələd idi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt"la qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İlk hissə daha çox mübarizəli keçdi. İkinci hissəsinin ilk 30 dəqiqəsi topa biz nəzarət etdik, ancaq son 10-15 dəqiqədə Ayxan müəllimin dəyişikliklərindən sonra "Sumqayıt" sanki daha da gücləndi. Oyunun keyfiyyəti və dinamikası artdı. Ondan sonra artıq son 10 dəqiqə "Sumqayıt"ın üstünlüyü ilə keçdi. Bilirdik ki, bu gün "Sumqayıt" çox  istəkli oynayacaq. Aramızdakı xal fərqini azaltmaq üçün meydanda çox istəkli idilər. Əslində hər şey düşündüyümüz kimi gedirdi. Yenə deyirəm, qarşımızda "Sumqayıt" kimi əzmkar, keyfiyyətli bir komanda var idi. Hesab da düşünürəm ki, oyuna görə ədalətli oldu" - deyə o bildirib.

R.Sadıqov bir müddətdir danışıq apardıqları kamerunlu vinger Luis Bonqonqu ilə anlaşma əldə olunduğunu vurğulayıb: "Danışıq apardığımız futbolçular var. Qeyd etdiyiniz oyunçu yoldadır. Əgər bir problem çıxmasa, yaxın günlərdə bizə qoşulacaq. Ancaq hücumçu deyil,  daha çox cinah oyunçusudur. Danışıqlar apardığımız başqa oyunçular da var. Mən ən azı iki oyunçu istəyirəm. Çünki həm Filip, həm David sıradan çıxıb. Özünüz də görürsünüz ki, heyətimiz kasaddır, cəmi 3 nəfər - Musa, Ağa, Klesio kimi hücuma meyilli sağlam futbolçum var. Məcbur birini ehtiyatda saxlamalısan ki, təcili hallarda meydançaya buraxmağa oyunçun olsun. Yenə də futbolçuya ehtiyacımız var. Əlimizdə olan heyətlə də çalışırıq ki, istədiyimiz və uğurlu nəticə ilə mövsümü başa vuraq".

O deyib ki, Filip və Davidin zədə alması gözlənilməz idi: "Ancaq məşqçi hər bir situasiyaya hazır olmalı və uyğun strategiya seçməlidir. Maksimum çalışırıq ki, bu yoxluqları hiss etdirməyək. Nə dərəcədə yaxşı olacağını zaman göstərəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail