Ayxan Abbasov: "Sadəcə, elə səhvlər edirik ki..."

08.03.2021 | 3760 dəfə oxunub

"Çətin səfər oyununun olacağını gözləyirdik. Bilirdik ki, rəqib son sıradan qurtulmaq istəyir, yaralı aslan kimi idilər. Heyətdə itkilərimiz var idi. Sıx qrafik oyunun sonlarında yorğunluqla öz sözünü dedi. İlk yarıdakı oyunumuzdan narazı qaldım".

Stadium.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 19-cu tur matçından sonra mətbuat konfransında deyib.

O, qarşıda komandasını çətin oyunların gözlədiyini bildirib: "Son turlara qədər gərgin mübarizə davam edəcək. Heyətimizdə gənclərdir. Vacib futbolçular var ki, onlar zədələndə yerlərini doldurmaq çətin olur. Sona qədər mübarizə aparacağıq".

Abbasov ilk yarıda Elvin Bədəlovla Süleyman Əhmədovun oyununun alınmamasının səbəbini belə izah edib: "Bəzən futbolçular oyuna qoşula bilmirlər. Süleyman ağır zədədən qayıdıb. İlk hissədə problemimiz yox idi. Sadəcə, elə səhvlər edirik ki, bunlar olmamalıdır. Müasir futbolda gərək bütün detallara fikir verəsən. Bədəlovla Əhmədovun oyunu ilk hissədə alınmasa da, ikinci hissədə pis təsir bağışlamadılar".

Baş məşqçi Xəyal Nəcəfovun ehtiyatda olmasının nə ilə əlaqədar olduğuna dair suala isə zarafatyana reaksiya verib: "Xəyal Messi deyil ki?! Hə, “Sumqayıt”ın Messisi (gülür). Xəyal da oyunlarda 90 dəqiqə meydanda olur. Zədələnməsindən ehtiyat edirik. İstədik ki, bu oyunda dincəlsin. Sonradan meydana girən oyunçular komandaya yaxşı təsir etdi. Sıx qrafik bizə ciddi təsir edir. Elə maliyyə imkanımız da yoxdur ki, gedək gecəylə transfer edək" (Report).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail