Azərbaycan çempionatında ilk: “Neftçi” “100”ə çatdı

09.03.2021 | 3921 dəfə oxunub

Premyer Liqanın XIX turunun “Neftçi” – “Keşlə” oyunu (3:1) tarixi qolla əlamətdar olub. Meydan sahiblərinin görüşdə vurduğu 3-cü top “ağ-qaralar”ın rəqibinin qapısından keçirdiyi 100-cü qol olub.

Bu, komandalar arasında Azərbaycan çempionatları tarixindəki 65-ci matça təsadüf edib. “Bakcell Arena”dakı oyunadək “Keşlə”nin qapısından 97 top keçirən “Neftçi”nin 100-cü qoluna Namiq Ələsgərov imza atıb.

Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. İndiyədək heç bir komanda eyni rəqibə 100 və ya daha çox qol vurmayıb. Ölkənin ən titullu klubunun “Keşlə” ilə görüşlərdəki orta məhsuldarlığı 1,54-ə bərabərdir.

Müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adlanan indiki “Keşlə” ilə matçlarda “Neftçi”nin ilk qolu 1999/2000 mövsümünə təsadüf edib. 1999-cu il noyabrın 7-də səfərdə qazanılan 3:2 hesablı qələbə zamanı “Xəzər Universiteti”nin qapısına ilk topu 5-ci dəqiqədə hazırda “Keşlə”də çalışan Zaur İsmayılov vurub.

Bu komandaların oyunlarında “Neftçi” 35 qələbə qazanıb. 63 qola imza atan “Keşlə” 15 dəfə qalib gəlib, eyni sayda matçda heç-heçə qeydə alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail