Ayxan Abbasov: "Gözləyib, tam şəkildə "Neftçi" ilə oyuna hazırlaşacağıq"

29.03.2021 | 3890 dəfə oxunub

"Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasiləni səmərəli keçirmək istəyirdik. Buna görə də əvvəlcə MOİK, ardınca isə bugün "Sabah"la yoxlama oyunu keçirdik. Bizim kimi "Sabah"ın da əsas heyət üzvlərinin bir çoxu milli komandaların heyətində yer almışdı. Bununla əlaqədar akademiyamızın perspektiv vəd edən bir neçə gənc futbolçusunu əsas komandaya cəlb etmişdik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Sabah"a uduzduqları yoxlama matçını (2:3) şərh edərkən deyib.

"Oyuna gəlincə isə maraqlı 90 dəqiqə izlədiyimizi düşünürəm. Təbii ki, məğlub olmağı istəməzdik. Xırda səhvlərin nəticəsində qapımızda qollar gördük. Lakin, meydanda olanların akademiyanın yetirmələri, Premyer Liqa təcrübəsi olmayan gənclər olduğunu düşünsək, təəssüflənməyə dəyməz. Gənclərin bu cür oyunlarla təcrübə qazanacağına inanıram. Artıq milli komandalarda olan futbolçularımızın qayıtmasını gözləyib, tam şəkildə "Neftçi" ilə oyuna hazırlaşacağıq. Aprel ayında demək olar ki, sıx qrafiklə oynayacağıq, ona görə də hər bir futbolçumuzun formada olmağı bizim üçün vacibdir" - deyə o bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail