"Məğlubiyyətdən sonra nəsə demək çətindir" - Samir Abasov

05.04.2021 | 3253 dəfə oxunub

“Məğlubiyyətdən sonra nəsə demək çətindir. Futbolçuların günahları yoxdur. Rəqibi təbrik edirik".

Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 21-ci turunda evdə "Sumqayıt"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 0:2 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib: "Rəqibin qələbəsinə kölgə salmırıq. Düşən imkanlardan yararlandılar və qalib gəldilər. Bu oyun bizi qorxudurdu. Statistikamız uğursuz idi. Qış toplanışından sonra “Səbail”ə qarşı bərbad oynadıq. Sonra növbəti fasilə olanda da “Zirə”yə uduzduq. Məşqçilər heyətinin günahıdır ki, bunu bilərək komandanı yetərincə hazırlaya bilmədik. Azarkeşlərimizdən dönə-dönə üzr istəyirik. Problem “Sumqayıt” yox, fasilədən sonra tempi qoruya bilməməyimizdir. Bunun öhdəsindən gələ bilmədik. Bu, bizə zərbədir. Motivasiya, istək var idi, amma intizamdan qopmaq bizi üzdü”.

S.Abasov çempionatda yaranan fasilədən düzgün istifadə etmədiklərini əlavə edib: "Aqressiya çox idi deyə intizam pozuldu, tələskənlik oldu. Futbolçular qələbə üçün nə etmirdilər ki? Məni üzən oyun intizamını qoruya bilməməyimizdir. Səbəb fasilədən düz istifadə etməməyimizdir. Matçın sonunda təlaş olduğu üçün oyunçuları meydandan çıxardım. Başqa problem yox idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail