AÇ-2020-nin Azərbaycan və Gürcüstanda keçirilib-keçirilməməsi müəyyənləşir

08.03.2012 | 5601 dəfə oxunub

Gürcüstan və Azərbaycanda futbol üzrə Avropa çempionatının keçirilməsi mümkünlüyünün təfərrüatları martın 21-də İstanbulda baş tutacaq UEFA-nın konqresində məlum olacaq. Stadium.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Vladimir Vardzelaşvili bildirib.

Onun sözlərinə görə, konqresdə ölkələrin öz namizədliklərini nə vaxt təqdim edə biləcəkləri həll olunacaq. Nazir qeyd edib ki, buna qədər tərəflər öz ölkələrinin təqdimatına hazırlaşacaq, sonra onlara UEFA-nın müxtəlif komitələri ilə işləmək və 2020-ci ildə Avropa çempionatının Gürcüstan və Azərbaycanda keçirilməsinə nail olmaq imkanı veriləcək.

"Bunun baş verməsi üçün hər iki tərəf ayrı-ayrı meyarlarla razı salmalıdır. Bura stadionların infrastrukturundan tutmuş aeroportlar və mehmanxanalara qədər bir çox şeylər aiddir. UEFA bu meyarların formasını elan edir" - deyə Vardzelaşvili bildirib.

O həmçinin vurğulayıb ki, Gürcüstan və Azərbaycan 14 vacib bənd üzrə razılığa gəlib ki, bu da müqavilədə öz əksini tapıb və onların yerinə yetirilməsi üzrə öhdəlik götürüb.

"Əlavə məsələlərdən biri prezidentin təşəbbüsü olub. Prezident Azərbaycan tərəfinə Gürcüstan və Azərbaycanın Avropa çempionatını qəbul edən ölkələr qismində birgə ərizə təqdim etməyini təklif edib".

Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə günü Bakıda Milli Məclisdə çıxış edərkən Gürcüstan və Azərbaycanın futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək niyyətini ilk dəfə açıqlayıb.

Trend.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail