Rəşad Sadıqov: "Mənim də yetərincə səhvlərim var"

18.04.2021 | 3837 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”yə 0:4 hesabı ilə məğlub olduqları görüşdən sonra mətbuat konfransında oyun haqda danışıb:

"Bilirdik ki, "Neftçi" ilk dəqiqələrdən hücuma köklənəcək. Dünən "Qarabağ" xal itirdiyi üçün onlar üçün əlavə motivasiya oldu. İlk hissədə bəzi təhlükəli hücumları olurdu. İkinci hissədə dəyişikliklərlə oyunu dəyişmək istədik. İstədiyimiz alınmadı. Rəqib buraxılan boşluqlardan istifadə etdi. İlk oyunum idi ki, sona qədər mübarizə aparmadan uduzduq. Mövsümdə 2-3 zəif oyun olur ki, bu da onlardan biri idi. Futbolçuları da başa düşməyə çalışıram. Bəlkə də, bu mövsüm narazı qaldığım yeganə oyun oldu.

Bəzi oyunçuları istirahətlə oynatmağı düşünürük. Nəzərə alaq ki, "Keşlə" ilə üç gün sonra kubok oyunumuz var. Risk etdik. Qarşıda bizi çətin marafon gözləyir. 3-4 gündən bir oyunlarımız olacaq. Nəyisə qurban verməyə məcburuq. Bu gün sırf bu matçı düşünmürdük. Qarşıdakı görüşləri də düşünməyə məcbur idik. Birinci hissədə qol buraxmamışdıq, ikinci hissədə rəqibi əks-hücumlarda yaxalamağı düşündük. Amma "Neftçi", "Qarabağ" kimi rəqiblərlə ucuz qol buraxmamalısan. İlk qol komandaya psixoloji cəhətdən təsir etdi. Ondan sonra "Neftçi" meydanda rahat dominantlıq etdi.

Ölkə kubokunda finala vəsiqə avrokuboklara vəsiqəni də təmin edə bilər. Həm rəhbərlik, həm də azarkeşlər hər iki cəbhədə uğurlu olmağımızı istəyir. Problemlərdən çox danışmağı xoşlamıram. Birdən-birə 11 oyunçu koronavirusa yoluxmuşdu. Komanda tam tərkibdə məşq keçə bilmirdi. Hələ zədəliləri saymıram. Bundan sonra hər matça ən yaxşı formada çıxmağa çalışacağıq. Bu gün isə "Neftçi" layiqli qələbə qazandı. Düşünürəm ki, çempionatda son illərin ən maraqlı sonluğu gözləyir.

Bu mövsüm keçirdiyimiz ən uğursuz oyun idi. Burada müsbət məqam tapmaq çətindir. Klesio Bauk yaxşı oynadı, bu məni sevindirir. Son vaxtlar oyunu alınmırdı. "Neftçi"yə qarşı uğurlu olduğumuz sistemdən istifadə etmədim. 4 yarımmüdafiəçidən istifadə edirdik. Amma bu gün belə oynada bilməzdim. Çünki rotasiya etməsəydik, "Keşlə" önünə hazır olmayacaqdıq. Bu gün var gücümüzlə oynamadıq. Mənim də yetərincə səhvlərim var. Amma məşqçi kimi qarşıdakı oyunları da nəzərə almalı idim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail