"Qarabağ" mövsümün rekordunu qırdı

12.03.2012 | 4888 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2011/12-ci il mövsümünün ən uzun qələbə seriyası qırılıb. Stadium.az xəbər verir ki, ardıcıl 5 turdur qələbə qazanan “Neftçi” “Qəbələ”yə 1:4 hesabı ilə uduzaraq seriyasının qırılması ilə barışıb. Ötən il dekabrın 17-də səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzduqdan sonra ardıcıl 5 qələbəni sıralayan Böyükağa Hacıyevin yetirmələri 85 gündən sonra məğlub olaraq xal itirdi. Həmin 5 qələbə zamanı “Neftçi” 10 qol vurub 1-ni buraxmışdı.

“Neftçi”nin seriyası qırılan kimi mövsümün rekorduna "Qarabağ" şərik çıxdı. Belə ki, “Xəzər Lənkəran”ı məğlub edən “Qarabağ” ardıcıl 5-ci dəfə meydanı 3 xalla tərk edib. Sonuncu dəfə XVIII turun ötən il dekabrın 21-dəki görüşündə xal itirən Qurban Qurbanovun yetirmələri “Qəbələ” ilə qolsuz heç-heçədən sonra xal itirmir. Ağdamlılar bu 5 matçda 8 qol vurub, qapısından heç birini də buraxmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail