Mahir Şükürov: "Rəqib "Neftçi" olduğundan komanda oyuna xüsusi köklənmişdi"

12.03.2012 | 5341 dəfə oxunub

Premyer Liqanın 23-cü turunda “Neftçi” üzərində qazanılan qələbədən sonra "Qəbələ"nin kapitanı Mahir Şükürov fikrini bölüşüb. Stadium.az xəbər verir ki, klubun rəsmi saytına danışan Şükürov 4:1 hesablı parlaq qələbə barədə bunları deyib:

"Matça ciddi hazırlaşmışdıq. Rəqib hazırda turnir cədvəlinə başçılıq edən “Neftçi” olduğundan komanda oyuna məsuliyyətli yanaşırdı və xüsusi köklənmişdi. Bizim də öz öhdəliyimiz, öz hədəflərimiz var. Buna çatmaq üçün bütün şanslardan itifadə etməli olduğumuzu yaxşı bilirdik. Qarşılaşmaya sürətli başladıq. Əlimizə düşən şanslardan da maksimum yararlandıq. Bizi dəstəkləyən bütün tamaşaçılara təşəkkürümü bildirirəm. Bu qələbəni klubumuzun azarkeşlərinə və rəhbərliyə həsr edirik”. 

Mahir Şükürov iki gün sonra ölkə kubokunda, ardınca da Premyer Liqada “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin hər iki matçdan sərfəli nəticələr hədəflədiyini bildirib:  

“Bu qələbədən sonra arxayınlaşmaq olmaz. Bizi kubok, ardından da Premyer Liqada “Qarabağa”la çətin oyunlar gözləyir. Qarşımıza hər iki oyundan sərfəli nəticələr əldə etməyi məqsəd qoymuşuq. İnanıram ki, məqsədimizə çatacağıq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail