"Sumqayıt"ın 30-cu səfər qələbəsi

17.08.2021 | 4409 dəfə oxunub

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 30-cu səfər qələbəsini qazanıb. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, yubiley uğuru sayca 30-cu Azərbaycan çempionatının ilk turuna təsadüf edib.

“Keşlə”ni iki cavabsız qolla məğlub edən “Gənclik şəhəri” təmsilçisi rəqib meydanında keçirdiyi 151-ci matçda 30-cu dəfə üç xal qazanıb. Komandanın hesabında 41 heç-heçə və 80 məğlubiyyət də var.

“Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 30 və daha çox qələbə qazanan 15-ci komanda olub.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında ilk qələbəsini 2011-ci il noyabrın 5-də “Qarabağ” üzərində qazanıb.

Bu qələbə ilə “Sumqayıt” şəhərin Premyer Liqada ən çox xal toplayan komandası ünvanını qazanıb. Klub qələbəyə görə üç xal prinsipi ilə indiyədək ümumilikdə 323 xal yığıb. Şəhərin digər təmsilçilərindən “Xəzər” 321, “Standard” 98, “Gənclərbirliyi” 87 xal toplayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail