AFFA "Qarabağ"ın məşqçisini cəzalandırdı

13.03.2012 | 5351 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda Premyer Liqanın ötən turunda keçirilmiş matçlarda baş vermiş qayda pozuntuları da müzakirə edilib və aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının XXIII turunun “Bakı” –  “İnter” matçının 63-cü dəqiqəsində “İnter” klubunun 11 №-li futbolçusu Asif Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXIII turunun “Simurq” – “Kəpəz” matçının 61-ci dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu Ceyhun Sultanovla “Simurq” klubunun 4 №-li futbolçusu Vasili Yanotovski bir-birinə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyunluq cəzalanıb, klublar 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 88-ci dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ – “Neftçi” matçının 45+2-ci dəqiqəsində “Qəbələ” azarkeşləri tərəfindən meydana kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail